FHN əhaliyə müraciət etdi

fhn-ehaliye-muraciet-etdi
Oxunma sayı: 5478

Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin müraciətində deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə bir sıra rayonlarda havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, həmçinin bəzi bölgələrdə arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Həmçinin oxuyun: Серьезное ДТП в Габале: есть пострадавшие - Видео 

 Банк Республика поддержал малообеспеченные семьи

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bundan əlavə, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”