FHN-in kursantı “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb - Fotolar

fhn-in-kursanti-heyder-eliyev-adina-teqaude-layiq-gorulub
Oxunma sayı: 2172

Fövqəladə Hallar Nazirliyinin “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” fakültəsinin IV kurs kursantı Amil Mirzəyev “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.­­­

“Qafqazinfo” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayının təntənəli təqdimetmə mərasimində A.Mirzəyev təhsildə qazandığı nailiyyətlərə görə müvafiq sertifikatla təltif olunub.

Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib.