Film istehsalı üzrə vergi təşviqləri verilib

film-istehsali-uzre-vergi-tesviqleri-verilib
Oxunma sayı: 1138

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri film istehsalı üzrə vergi təşviqlərinin verilməsi ilə bağlıdır.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Dövlət Vergi Xidmətinə aid fəaliyyət istiqamətləri üzrə Tədbirlər Planında mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərə, o cümlədən milli kinofilm istehsalçıları və dublyaj fəaliyyətinə təşviqlərin verilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə film istehsalını və dublyaj fəaliyyətini həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.