“Final” çay markası ucqar kəndin şagirdlərini sevindirib - Fotolar

final-cay-markasi-ucqar-kendin-sagirdlerini-sevindirib
Oxunma sayı: 1096

Bir sıra sosial layihələrə imza atan “Final” çay markası bu dəfə şagirdlərə sevinc bəxş edib. Lənkəran rayonunun ucqar dağ kəndinə yollanan “Final” kollektivi uşaqları teatr tamaşası ilə sevindirib.

Belə ki, çay markasının dəstəyi ilə Lənkəran rayonu Biləsər kənd tam orta məktəbinin şagirdləri üçün açıq hava tamaşası nümayiş etdirilib. Uşaqlar Lənkəran Dövlət Dram Teatrının aktyorlarının hazırladığı “Uçan səhnə” adlı teatr tamaşasını böyük maraqla izləyiblər.

Sonra isə şagirdlər arasında əyləncəli oyunlar keçirilib. Tədbirin sonunda isə iştirakçılara “Final” çay markası tərəfindən məktəb ləvazimatları və müxtəlif hədiyyələr paylanıb.

30 ildir yüksək keyfiyyəti və nəfis dadı ilə klassikaya çevrilmiş “Final” çay markası ənənəsinə sadiq qalaraq sosial layihələri gələcəkdə də davam etdirəcək.