Finlandiya Rusiya ilə sərhəddə 3 məntəqəni aça bilər

finlandiya-rusiya-ile-serhedde-3-menteqeni-aca-biler
Oxunma sayı: 1146

Finlandiya dekabrın 14-dən Rusiya ilə sərhəddə 3 nəhəng sərhəd-buraxılış məntəqəsini sərnişinlər üçün açmaq niyyətindədir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Ilta-Sanomat” qəzeti yayıb. 

Məlumata görə, qərar dekabrın 13-dən 14-nə keçən gecə qüvvəyə minəcək. 

Xatırladaq ki, Finlandiya rəhbərliyi Rusiya ilə demək olar ki, bütün nəzarət-buraxılış məntəqələrini dekabrın 23-nə qədər bağlamaq barədə qərar verib. Bu müddətin uzadılacağı istisna edilmirdi. Ölkənin bu qərarı qanunsuz miqrant axını ilə əlaqələndirilir.