Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

fizika-uzre-nobel-mukafatinin-qalibleri-aciqlandi
Oxunma sayı: 1741

Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsveç Kral Elmlər Akademiyası yayıb.

Məlumata görə, Pyer Aqostini, Ferenc Kraus və Ann L’Yuilie “maddədə elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullar üçün” tədqiqata görə u mükafata layiq görülüblər.