Bakıda keçirilən “Formula 1”sərbəst yürüşündə maraqlı hadisə baş verib.
“Qafqazinfo”nun əməkdaşı xəbər verir ki, yolda olan “lyuk” açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin təkərinin biri ora düşüb.
Daha sonra avtomobil evakuator vasitəsilə ərazidən aparılıb.
***
Buna görə Qran-Prinin birinci sərbəst yürüşü ləğv olunub. Hadisə yerinə mütəxəsislər cəlb olunub.
Elsevər


Son xəbərlər
Son Xəbərlər