Fransada 264 “sarı jiletli” saxlanıldı

fransada-264-sari-jiletli-saxlanildi
Oxunma sayı: 801

Fransada yenidən başlayan “sarı jiletlilər”in aksiyasında 264 nəfər tutulub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 173-ü Parisdə saxlanılıb. Bu barədə Fransa Daxili İşlər Naziri (DİN) Kristof  Kastaner bildirib.

Qeyd edək ki, Fransada “sarı jiletlilər” aksiyası 2018-ci ilin 17 noyabrından başlayıb. Mitinqçilər yanacağın və benzinin qiymətinin qalxmasına etiraz edirlər. Daha sonra onların sosial tələbləri də irəli sürülüb.