Fransasayağı demokratiya budursa... - Foto

fransasayagi-demokratiya-budursa
Oxunma sayı: 2550

Dünyaya “demokratiya dərsi” keçmək niyyətində olan Fransanın özünəməxsus “demokratiya”sı yenə bəlli olub. Belə ki, ötən gün sakinlərlə hüquq-mühafizə qüvvələri arasında yenidən iğtişaşlar baş verib.

“Qafqazinfo” xəbər verir ki, nəticədə sakinlər polislərin müxtəlif növ işgəncələrinə məruz qalıblar.

Hətta Paris sakini polis tərəfindən saxlanılarkən elektroşok cihazından dəfələrlə istifadə edilməsi nəticəsində ölüb.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Bir neçə ay öncə ölkədə baş verən etirazlar zamanı polislərin göstərdiyi zorakılıqlar geniş müzakirə obyekti olmuşdu. Belə ki, Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə irqi zəmində qətlə yetirilmişdi.