Məşhur “Queen” qrupunun solisti Freddi Merkuriyə məxsus royal auksionda 2,2 milyon dollara satılıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 1975-ci ildə Yaponiyadan İngiltərəyə gətirilən “Yamaha G2” royalı Freddi tərəfindən “Bohemian Rhapsody” adlı məşhur trekini bəstələmək üçün istifadə edilib.
Əvvəlki hərracda isə sənətçinin səhnə geyimləri, zinət əşyaları və rəsm əsərləri 15,4 milyon dollara satılıb.