“Furqanoğlu” şirkətinin rəhbəri Bayraktar qardaşları ilə görüşdü - Fotolar

furqanoglu-sirketinin-rehberi-bayraktar-qardaslari-ile-gorusdu
Oxunma sayı: 3725

“Furqanoğlu - Dəmir yumruq” komandası ilə “Teknofest”də böyük qürürla iştirak edən “Furqanoğlu” şirkətlər qrupunun baş direktoru Araz Musayev “Baykar” şirkətinin rəhbərləri Selçuk və Haluk Bayraktarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə təmsil olunduqları stend haqqında məlumat verilib, növbəti “Teknofest”də iştirak barədə söhbət edilib. 

Qeyd edək ki, "Furqanoğlu - Dəmir yumruq" komandası İstanbulda keçirilən “Teknofest-2023”-də 18 nəfərlik heyətlə iştirak edir. Üçüncü ildir ki, rəsmi olaraq “Teknofest”də iştirak edən  “Furqanoğlu - Dəmir yumruq” komandasına şirkətin direktoru Araz Musayev və İdarə Heyətinin sədri Azər Həsənsoy rəhbərlik edir.  

Şirkətin əməkdaşları və  tərəfdaşları tərəfindən hazırlanan dron, görmə əngəllilər üçün “Şeiroxuma” tablosu və  "Zəka oyunları" kitabı şirkətin stendində sərgilənir.