“Futbolçular acqarına məşqə gəlirlər” - “Qarabağ”ın məşqçisi

futbolcular-acqarina-mesqe-gelirler
Oxunma sayı: 918

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, UEFA Gənclər Liqasının təsnifat mərhələsinin ilk görüşündə Zaqreb “Dinamo”suna evdə 1:2 hesabı ilə uduzduqları oyundan danışıb. 

O, futbolçuların fiziki gücünün aşağı olmasının səbəbini belə açıqlayıb: “Mən oyunçuları qınamıram. Burada universitet məsələləri var. Futbolçuların bəziləri 6 saatlıq dərsdən çıxır, acqarına məşqə gəlir. Onların yarısı səhər növbəsində, yarısı ikinci növbədə oxuyur. Bütün bunlar təsir edir. Çünki belə olduqda bəziləri bizimlə məşq edir, bəziləri əvəzedici heyətdə məşqlərə qoşulur. Bütün bunlar oyunlara təsir edir”. 

Qeyd edək ki, “Qarabağ” U-19 komandası bir həftə sonra Zaqrebdə “Dinamo” ilə cavab görüşünə çıxacaq.