Futbolçusuna kəllə vurdu, istefaya göndərildi - Video

futbolcusuna-kelle-vurdu-istefaya-gonderildi
Oxunma sayı: 2682

“Leççe”nin baş məşqçisi Roberto Daversa futbolçusu Tomas Henriyə kəllə vurub. “Qafqazinfo” xəbər verir ki, baş məşqçi bunu “Verona”ya  0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra edib.

Daha sonra çalışdırıcı xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

O, bunun bilərəkdən etmədiyini deyərək üzr istəyib: “Bu mən deyiləm, qəbul etmirəm. Henridən, “Leççe”dən, “Verona”dan, hakimlərdən və İtaliya ictimaiyyətindən üzr istəyirəm”.

Lakin o, üzr istəməyinə baxmayaraq vəzifəsindən qovulub.

Qeyd edək ki, “Leççe” ilin əvvəlindən İtaliya A Seriyasında cəmi bir dəfə qalib gəlib və turnir cədvəlində 15-ci yerdədir.