Füzulidə gənc qətlə yetirildi, saxlanılan var - Yenilənib

fuzulide-genc-qetle-yetirildi-saxlanilan-var
Oxunma sayı: 5569

Bu gün saat 23 radələrində Füzulidə qətl hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görür.

***

Hadisə ilə bağlı Füzuli rayon prokurorluğu da məlumat yayıb.

Bildirilib ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Belə ki, yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Nemət Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

***

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvvəlüdlü Bayramlı Nemət Təyyar oğlunu saxlayıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.