Füzuli rayonunda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə icra başçısı Alı Alıyev, ziyalılar, şəhid ailələri, qazilər iştirak etmişdilər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səslənib və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində mühüm əhəmiyyət daşımasından, bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi olmasından söz açıb: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsinin qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxarıb. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahının xeyli yüksəlib, elm, təhsil, mədəniyyətin güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb”.
Alı Alıyev Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızı böyük Zəfərə qovuşdurmasını bir daha diqqətə çatdırdı.
Digər çıxışçılar şəhid atası İsmayıl İsmayılov, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev öz çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan naminə yorulmaz, fədakar fəaliyyətindən, ölkəmizin qazandığı bütün uğurların mənbəyində ulu öndər Heydər Əliyev siyasəti dayandığından bəhs ediblər.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.






Son xəbərlər
Son Xəbərlər