Füzulinin azad olunması uğrunda döyüş gedir - Rəsmi açıqlama

fuzulinin-azad-olunmasi-ugrunda-doyus-gedir
Oxunma sayı: 27493

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.