“Gəmidə bağlama tapıldığı üçün işdən qovuldum” - Şikayətçi

gemide-baglama-tapildigi-ucun-isden-qovuldum-sikayetci
Oxunma sayı: 669

“Qafqazinfo”ya müraciət edən Xanlar Ağayev bildirib ki, 2011-ci ilin yanvarın 31-də Abşeron Rayon Dəniz Neft Donanmasının rəisi Daməd İmanov onu işdən qanunsuz çıxarıb.

Xanlar Ağayevin sözlərinə görə, yanvarın 7-də işlədiyi Şimal 59 gəmisinə bir bağlama qoyulub: “Həmin bağlamanı mühafizəçi gəlib götürdü. Bağlamanı çıxarandan sonra gördum ki, 2 şüşə var. Birinin içərisində spirtli içki, digərində isə ağ maye var idi. Bildiyimə görə, həmin o ağ maddə partlayıcı olub. Mühafizəçi spirtli içkini apardı, o maddə də gəmidə qaldı. Mən dərhal kapitan Ağayev Tofiqi çağırdım və bağlamanı kapitana təhvil verdim. Elə bundan sonra da işdən azad olundum. Əslində məni işdən heç cür çıxara bilməzdilər, çünki mən qanunlara əməl edən biriyəm”.

Şikayətçi onu da bildirib ki, o, 2010-cu ildə həm baş idarəyə, həm də Abşeron Rayon Dəniz Neft Donanmanın rəisi Damət İmanova işdəki nöqsanları barədə şikayət ərizəsi yazib: “Bu günə qədər 12 dəfə məhkəməm olub. Apelyasiya məhkəməsini qazanmışam. 2011-ci ilin noyabr 11-də işimə məcburi buraxılmış iş günlərinin pulunun ödənilməsi şərti ilə işimə bərpa olunmuşam .

Müdiriyyətin verdiyi əmrlə Xəzər rayon Məhkəməsinin çıxardığı qərarların hamısı ləğv olundu. Çox təəssüflər olsun ki, məni işə bərpa etmədilər”.

X.Ağayev işdən azad olunması ilə bağlı demək olar ki, aidiyyatı olan bütün rəsmi qurumlara müraciət etdiyini vurğulayıb: "Mən ombudsmana, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Şəhər Prokurorluğuna, Xəzər Rayon Prokurorluğuna, Mehriban Əliyevaya müraciət etmişəm: “O cümlədən 4 dəfə Prezident Aparatında olmuşam və prezidentə açıq məktubla müraciət etmişəm. Məhkəmələr işə düzgün baxmırlar. Yenidən mən ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Bu işi törədən birbaşa Baş İdarənin rəhbəri Mübariz Nəcəfov və Damət İmanovdur”.