Gəncə sakini torpağa görə bıçaqlandı - Yenilənib

gence-sakini-torpaga-gore-bicaqlandi
Oxunma sayı: 926

Gəncədə 56 yaşlı kişi bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Totanlı kəndi ərazisində qeydə alınıb.

1970 ci il təvəllüdlü Elcan Əllilli bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə kişi tanıdığı şəxs tərəfindən torpaq sahəsi üstündəki ədavətə görə bıçaqlanıb.

***

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

***

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində E.Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.

Yunis Quliyev