Gəncədə 5 yaşlı uşaq qıcolmadan öldü - Yenilənib

gencede-5-yasli-usaq-qicolmadan-oldu
Oxunma sayı: 758

Gəncədə 5 yaşlı uşaq vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 2021-ci il təvəllüdlü R. Ellazalıyeva qıcolmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, yanvarın 27-si saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə xəstəxananın nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiyon tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib”.

Yunis Quliyev