Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var

gencede-masin-4-piyadani-vurdu
Oxunma sayı: 3135

Gəncədə avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub.

“Qafqazinfo”nun məlumatına görə, nəticədə1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb.

2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N. Məmmədov və daha bir nəfər xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

***

Bildirilib ki, “Mitsubishi Pajero” markalı avtomobil idarəetmədən çıxaraq səki ilə hərəkət edən piyadaları vurub, daha sonra isə rabitə xəttini və ağacı qırıb. 

Yunis Quliyev