Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə şəhər Nizami Gəncəvi prospektində olub.
Belə ki, “Hundai” markalı avtomobillə “VAZ 2106” markalı maşın toqquşub.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Şaban Nəsibov, 1986-cı il təvəllüdlü Elçin Sadıxov və daha bir neçə nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər