Gəncədə qadın qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimallara görə, qətli mərhumun oğlu törədib.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L.Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər