Gəncədə qadın xəstəxanalıq oldu - Əri tutuldu- Yenilənib

gencede-qadin-xestexanaliq-oldu
Oxunma sayı: 2717

Gəncədə qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü İlahə Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törətməkdə onun əri şübhəli bilinir. Mübahisəyə qadının ərindən boşanmaq istəyinin səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”ya daxil olan məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb, başına küt alətlə xəsarət yetirilib. Polis əməkdaşları tərəfindən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Yunis Quliyev