Gəncədə qardaşlar arasında dava düşdü - 1-i özünə xəsarət yetirdi

gencede-qardaslar-arasinda-dava-dusdu
Oxunma sayı: 377

Gəncədə qardaşlar arasında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.

Belə ki, üç qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. 

İlkin məlumata görə, mübahisənin içkinin təsirindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev