Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi - Foto

gencede-seckiqabagi-tesviqat-kampaniyasina-start-verildi
Oxunma sayı: 1912

Bu gün fevral ayının 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. “Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qələbə qazanmaq əzmindədir.

Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi parlament seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərir, partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib, partiya fəallarından,ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb.

YAP Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin tədbirlər planı hazırlanıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Həmzəyev Naqif Ələşrəf oğlunu ictimaiyyətə daha yaxından tanıtmaq üçün təbliğat aparılacaq və onlar yerlərdə seçicilərlə görüşəcəklər.

Namizədlərin təbliğatı üçün hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da seçicilərə çatdırılacaq.