Gəncənin yeni avtovağzal ərazisində 1988-ci il təvəllüdlü Nadir Ciqarov və 1980-ci il təvəllüdlü Samir İsmayılov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bıçaqlanan şəxslər Bakı-Gəncə reysi ilə işləyən taksi sürücüləridir.
Məlumata görə onlar arasında müştəri üstündə mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.
Bildirilib ki, hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafidir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər