Gəncədə yağış suları ciddi fəsadlara yol açdı

gencede-yagis-sulari-ciddi-fesadlara-yol-acdi
Oxunma sayı: 3587

Gəncə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yağış suları yuyub və barı tamamilə uçub.

İlkin məlumata görə, barının altında 6 baş xırdabuynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib.

Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb, yaşayış yerinin yolları sıradan çıxıb.

Yunis Quliyev