Gəncədə yaşayış binasındakı yanğın söndürüldü - Video+Yenilənib

gencede-yasayis-binasindaki-yangin-sonduruldu
Oxunma sayı: 3962

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, üçmərtəbəli yaşayış binasında olub.

İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Yunis Quliyev