General Elçin Quliyev həbs edildi - Yenilənib

general-elcin-quliyev-hebs-edildi
Oxunma sayı: 24230

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend məlumat yayıb.

Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

***

Hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.

Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.

***

APA-nın məlumatına görə, E. Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.