Türkiyəli aktrisa Melis Sezen Venesiya Film Festivalına məşhur brendin qonağı olaraq qatılıb.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa geyimi ilə diqqət çəkib.
Kürək dekolteli libas seçən Sezenin geyimi bəzi sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.
Bir çox şəxslər Sezenin geyimini bəyənərkən bəziləri onu qınaq atəşinə tutub.
Qeyd edək ki, daha əvvəl “Altın Kelebek” mükafatlandırma mərasiminə qatılan Melis Sezen dekolteli paltar seçdiyi üçün gündəm olmuşdu.



Son xəbərlər
Son Xəbərlər