Gezeravcı kosmosdan Bakının fotolarını çəkəcək

gezeravci-kosmosdan-bakinin-fotolarini-cekecek
Oxunma sayı: 3591

İlk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə saxlayacaq.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Gezeravcı stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə quracaq.

Onun ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağı bildirilir.

Astronavtının proqramına ailəsi və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə əlaqə də daxildir.

Gezeravcı Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmos Mərkəzi ilə əlaqə quracaq.

A. Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotolarını çəkəcək.