Girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edildi

girov-goturulen-8-turkiye-vetendasindan-3-u-azad-edildi
Oxunma sayı: 2956

Haitidə girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edilib.

Bu barədə “Qafqazinfo” “Le Monde”yə istinadən xəbər verir.

Məlumata görə, azad edilən qadınların səhhəti pisləşdiyi üçün sərbəst buraxılıblar.

Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gələn avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb.