Goranboyda “8 noyabr-Zəfər Günü” tədbirləri - Fotolar

goranboyda-8-noyabr-zefer-gunu-tedbirleri
Oxunma sayı: 2863

“8 noyabr-Zəfər Günü” ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Goranboyda silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində Şəhidlər Xiyabanı Abidə  kompleksi ziyarət olunub.

Sonra Heydər Əliyev Parkında məktəbli və gənclərin əl işləri və  rəsm sərgisi, idman nümunələri, mədəniyyət evlərinin hazırladığı folklor və milli kulinariya nümunələri nümayiş edilib.

Daha sonra Heydər Əliyev Mərkəzinin  qarşısında rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin və tanınmış yerli müğənnilərin iştirakı ilə bayram konserti olub.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri,  idarə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın əsasının qoyulduğunu, ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini və Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.