Goranboyda ağır qəza - 6 nəfər xəsarət aldı

goranboyda-agir-qeza
Oxunma sayı: 2141

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub.

Həmçinin oxuyun: Лаврову посоветовали не употреблять слово “Нагорный Карабах” - Видео

Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb. Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.