Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Əhmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, ailə üzvləri balıqdan zəhərlənib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
***
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 29-u saat 18:20 radələrində 3 nəfər (qadın) xəstəxananın nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: “Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər