“Göteborq” Azərbaycandan UEFA-ya şikayət etdi

goteborq-azerbaycandan-uefa-ya-sikayet-etdi
Oxunma sayı: 6477

"Göteborq" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a 3:0 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı Ağdam klubundan UEFA-ya şikayət edib.

Qafqazinfo” xəbər verir ki, bu haqda "Göteborq" klubun idman direktoru Mats Qren bildirib.

O, qazonun bərbad olduğunu bildirib. Qren futbolçuları – Mikael Boman və Soren Riksin ot örtüyünün pis halda olmasına görə zədələndiklərini bildirib.