Dünən Naftalan şəhərinin icra başçısı vəzifəsindən azad edilərək Göygöl rayonunun icra başçısı təyin edilən Vüqar Novruzov yüksəkvəzifəli məmurun oğlu imiş.
“Qafqazinfo” xəbər verir ki, Vüqar Novruzov Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur.
75 yaşlı Vahid Novruzov iqtisad elmləri doktoru, professordur. O, 1996-cı il aprelin 5-dən indiyə kimi Auditorlar Palatasının sədri vəzifəsində işləyir və 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
V.Novruzov həm də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir.
Qeyd edək ki, bu barədə ilk olaraq Modern.az məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər