“Gözləntimiz 200 milyondan artıq mənfəət əldə etməkdir”

gozlentimiz-200-milyondan-artiq-menfeet-elde-etmekdir
Oxunma sayı: 2112

“Bizim bu ilin axırına gözləntimiz 200 milyon manatdan artıq mənfəət əldə etməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bank hər il 100 milyon manata yaxın vəsait keşbek, mil ƏDV və s. formada müştərilərə qaytarır:

“Bankımızın kredit portfeli 4.1 milyard manatdır. 2023-cü ildə bank bazarı yaxşı inkişaf edib. Nağdsız ödənişlərin payı artıb. “Kapital Bank”da ən böyük kart bazası var deyə biz bunu izləyə bilirik. Bankımız 2023-cü il ərzində müştərilərə 2,5 milyon kart təqdim edib. Onların 35 faizi onlayn formada götürülüb”.

***

Fərid Hüseynovun sözlərinə görə, “Kapital Bank” azad olunmuş ərazilərdə bir filial açıb. Digər filial bu ilin sonu, gələn ilin əvvəli açılacaq:

“Şuşa şəhərində bizə yer ayrılandan sonra filialımızı açacağıq. Burada biznesdən daha çox, biz hesab edirik ki, hər bir vətəndaşın borcudur ki, həmin ərazilərdə dəstək göstərsin.

Biz çalışırıq, onlayn bizneslər quraq. “Birbank” tətbiqində bir çox əməliyyatlar tətbiq etmək mümkündür. Kiçik və orta sahibkarlar bunlardan yararlana, istifadə edə bilirlər. Burada data əsaslı yanaşma tətbiq edirik. Həmçinin həmin tətbiq vasitəsilə qeyri-bank məhsulları da əldə etmək mümkündür”.

Gülnar Əliyeva