Yanvarın 2-si gecədən səhərə kimi davam edən güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, iki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.












Son xəbərlər
Son Xəbərlər