İranın cənubunda yerləşən Hörmüz adasında yağan güclü yağışlar sahilyanı dəniz sularının qırmızı rəngə boyanmasına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu nadir mənzərənin səbəbi adanın torpaq tərkibi ilə bağlıdır.
Belə ki, Hörmüz adasının səthi dəmir oksidi ilə zəngin qırmızı gil qatlarından ibarətdir. Güclü yağıntılar zamanı bu torpaq yuyularaq dənizə axır və nəticədə sahilboyu sular tünd qırmızı çalar alır.
Hadisə təbii proses hesab olunur və ekoloji təhlükə yaratmadığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər