Güləşçilərimiz Aslanbek Alborov və Cəmaləddin Məhəmmədov güləş üzrə Avropa Çempionatının üçüncüsü olublar.
“Qafqazinfo” xəbər verir ki, Alborov (92 kq) Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabıyla qalib gələrək çempionatın bürünc medalını qazanıb.
Məhəmmədov isə (125 kq) sona 4 saniyə qalmış aldığı xalla Ermənistan güləşçisi Levan Berianidzeyə qalib gələrək çempionatın üçüncüsü olub.
Son xəbərlər
Son Xəbərlər
