“Günay Bank”dan yeni layihə

gunay-bankdan-yeni-layihe
Oxunma sayı: 1940

“Günay Bank” yeni - “Dövriyyə çox, komissiya yox” layihəsinə start verib.

“Qafqazinfo” xəbər verir ki, “Günay Bank” ASC 12 fevral 2020-ci il  tarixindən etibarən Bankın pos-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat edib.

Artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.

Belə ki, aylıq 1000 (bir min) manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaq.

“Günay Bank” ASC  1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədi.