Gürcüstan Prezidenti azərbaycanlıları təbrik edib - Foto

gurcustan-prezidenti-azerbaycanlilari-tebrik-edib
Oxunma sayı: 2087

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, S.Zurabişvili bununla bağlı öz feysbuk hesabında paylaşım edib.

“Bu gün baharın gəlişini qeyd edən Azərbaycan icmasından olan soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm. Bu günün yeni başlanğıc, yeni həyat mənbəyi olmasını, yeni enerji və yaxşı münasibətlər gətirməsini diləyirəm”, - deyə Gürcüstan Prezidenti qeyd edib. 

O, həmçinin qonşu ölkələrin vətəndaşlarını da təbrik edib.