Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, respublika hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək siyasətini davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Sual sanksiyalarla bağlı siyasətimizə gəldikdə, bizim çox aydın mövqeyimiz var. Biz sanksiya tətbiq etmirik və bununla bağlı çox güclü arqumentlərimiz var”, - Kobaxidze qeyd edib.