Gürcüstanın “Birinci kanalı”nın efirində Azərbaycanın xalq mahnısı “Ay Laçın” səsləndirilib.
“Qafqazinfo” xəbər verir ki, mahnını “Ranina” uşaq musiqi müsabiqəsində iştirakçı qruplardan biri oxuyub.
Xatırladaq ki, şouda Azərbaycan mahnısının səsləndirilməsi ilk deyil. Daha əvvəl iştirakçılardan biri Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısı oxumuşdu.