“Gürcüstana sanksiya tətbiq edəcəyik” - Zelenski

gurcustana-sanksiya-tetbiq-edeceyik
Oxunma sayı: 2947

Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır.

“Qafqazinfo” xəbər veri ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

“Biz hüquqi sahədə cavabımızı hazırlayırıq və avropalılar, eləcə də digər tərəfdaşlarla konkret fəaliyyət üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım”, - deyə o bildirib.

Zelenski sanksiyaların hansı sahələri əhatə edəcəyini və nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.