Gürcüstanda iki polis bir-birini güllələyərək öldürdü

gurcustanda-iki-polis-bir-birini-gulleleyerek-oldurdu
Oxunma sayı: 1646

Gürcüstanın qərbində xidməti borcunu yerinə yetirməkdə olan iki polis bir-birini güllələyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reqinfo” xəbər verib.

Hadisə noyabrın 26-da axşam saatlarında Tsaqer rayonunun Ladcana kəndində baş verib. İnsident nəticəsində iki polis əməkdaşı dünyasını dəyişib, daha bir şəxs – 48 yaşlı kişi yaralanıb. O, ağır vəziyyətdə yerli xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, polislər arasında düşən mübahisə daha sonra dava və atışma ilə nəticələnib. Hadisə yerinə gələn həkimlər polislərdən birinin elə orada keçindiyini aşkar edib. İkinci isə xəstəxanada həyatını itirib.

Faktla bağlı prorukoruluq istintaqa başlayıb.