Haitidə 15 günlük matəm elan edildi

haitide-15-gunluk-matem-elan-edildi
Oxunma sayı: 2592

Haitidə prezident Jovenel Moizin sui-qəsd nəticəsində öldürülməsi səbəbindən 15 günlük milli matəm elan edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, matəm günləri 8-22 iyul tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Jovenel Moiz və xanımı Martin Moiz prezident iqamətgahına silahlı hücum zamanı qətlə yetiriliblər.

Moiz 2017-ci ildən Haitinin prezidenti vəzifəsini icra edirdi.