Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırıldı

hakimi-doyen-faruk-koca-omurluk-futboldan-uzaqlasdirildi
Oxunma sayı: 2489

Türkiyə çempionatının matçından sonra hakimi döyən “Ankaragücü” futbol komandasının sabiq prezidenti Faruk Koca barədə qərar verilib.

“Qafqazinfo” xəbər verir ki, Futbol Federasiyasının İntizam Komitəsi onu ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb.

Bildirilib ki, klub rəhbərliyinin digər üzvləri xəbərdarlıq alaraq cərimə ediliblər. Həmçinin “Ankaragücü” 2 milyon türk lirəsi cərimə olunub. İdarə heyəti qeyd edib ki, komanda növbəti beş ev oyununu azarkeşlərsiz keçirəcək.

Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F. Koca isə həmin gün həbs olunub.