Hakimi təhqir edən klub rəhbəri və futbolçu cəzalandırılıb

hakimi-tehqir-eden-klub-rehberi-ve-futbolcu-cezalandirilib
Oxunma sayı: 1160

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Mil” (Beyləqan) klubunun rəhbəri Röyal Babayev 5 oyunluq cəzalandırılıb.

“Qafqazinfo” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin Saatlının "Ümid" komandası ilə görüşdə hakimi təhqir etməsi səbəb olub.

Eyni turnirdə mübarizə aparan "Bərdə"nin futbolçusu Rəcəb Zaidov da diskvalifikasiya edilib. O, "Göyəzən"lə matçda referini təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.